“Təhlükəsiz Amerika Planı” ilə bağlı verdiyi açıqlamada Bayden ABŞ-da hücum silahlarının qadağan edilməsinə sadiq olduğunu bildirib.
Ednews xəbər verir ki, ABŞ prezidenti Co Bayden bu gün Pensilvaniya ştatında etdiyi çıxışda silah cinayətlərinin azaldılması və ölkə daxilində zorakılığın qarşısının alınması üçün hazırlanan “Təhlükəsiz Amerika Planı” ilə bağlı açıqlamalar zamanı bildirib.
Çıxışında Amerika xalqının ölkədə baş verən silah zorakılığından narahat olduğunu bildirən Bayden,1994-cü ildə hücum silahlarına qoyulan qadağaya toxunaraq, ABŞ-da bu silahları yenidən qadağa etməkdə qərarlı olduğunu bildirib.
“Mən bu ölkədə hücum silahlarını qadağan etməkdə qərarlıyam. Bunu əvvəllər bir dəfə etmişəm və yenə də edəcəm”,- Bayden deyib.
Günay Babayeva