Rusiyanın “Lukoyl” şirkətinin vitse-prezidenti Ravil Maqanov dünyasını dəyişib.
Ednews.net-in rus mediasına istinadən verdiyi xəbərə görə, Maqanov Moskvada müalicə aldığı xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib. Hazırda hadisənin detalları araşdırılır.
Qeyd edək ki, mərhum vitse-prezident 68 yaşında vəfat edib.
Maqanovun intihar etməsi də istisna edilmir.
Xatırladaq ki, Maqanov 1993-cü ildən “Lukoyl” şirkətində çalışıb. O, 2006-cı ildə şirkətin birinci vitse-prezidenti vəzifəsini icra etməyə başlayıb.