Azərbaycan ABŞ-la birləşib Rusiyanı aldatmaq istəyir Partiya sədrindən SƏRT ÇIXIŞ

Dünya 17:38 01.09.2022
Son dönəmlər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında gərginlik yaranıb. Gərginliyin yaranmasına səbəb kimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin Şuşada jurnalistlərə verdiyi açıqlama olub. Açıqlamada o, ABŞ və Fransa səfirlərinin Qarabağa edilən səfərlərə qatılmamasını Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməsi kimi qiymətləndirib: 
 
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Bu, onların Azərbaycanın ərazi bütövlüyünə hörmət etməməsi kimi qiymətləndirilməlidir”. 
 
Səfirliyin sözçüsü isə Hikmət Hacıyeva cavab olaraq ABŞ-ın davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyin həll ediləcəyinə inandığını deyib.
 
“Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”. 
 
ReAl partiyasının sədri İlqar Məmmədov isə yaşanan gərginliyi öz “Facebook” səhifəsində fərqli qiymətləndirib. O, yaşanan gərginliyi Azərbaycanla ABŞ-ın Rusiyanı aldatması olaraq adlandırıb: 
 
“ABŞ və Azərbaycan arasında diplomatik qalmaqalın məqsədlərindən biri Emənistan-Azərbaycan danışıqlarının tədricən Moskvadan Brüsselə köç etməsinə Rusiyanın cavabını çaşdırmaqdır. Rusiya baxır görür ki, bir tərəfdən Qərb danışıqlarda aparıcı rolu ondan oğurlayır, digər tərəfdən isə Bakı ilə Qərb arasında məhz elə bu danışıqlarla bağlı qalmaqal yaşanır. Qalır çaş-baş. Xüsusilə də Baş nazirimizin gedib Avrasiya İqtisadi İttifaqı toplantısında müşahidəçi qismində oturması fonunda.  
 
Bu, diplomatik oyunumuzun, yuxarıda qeyd etdiyim kimi, Bakıya və Qərbə xidmət edən məqsədidir. Amma iradəmizə zidd olaraq onun İrəvana da xidmət edəcək məqsədləri ola bilər, onlardan qorunmalıyıq”. 
Məsələ ilə bağlı “Ednews”a danışan millət vəkili Aqil Abbas İlqar Məmmədovun fikirlərinə qatılmayıb:
 
“O elə fikirləşirsə bu onun fikridir. Ancaq mən helə fikirləşmirəm. Elə bir şey yoxdur. Azərbaycan ABŞ-la birləşib Rusiyanı niyə aldatsın? Azərbaycana qarşı sərt mövqe tutan Amerikadır, Rusiya deyil ki? ABŞ ATƏT-i diriltmək istəyir, Şuşaya getməkdən imtina edir. Bu deyilənlər də İlqar Məmmədovun mövqeyidir. Bu sualı İlqar Məmmədova verin. Onun yerinə mən cavab verməliyəm?”
 
Əbülfət Baxşəli
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı