Pakistanda milyonlarla məcburi köçkün sel suları içmək məcburiyyətində qalıb.
Ednews.az türk mediasına istinadən məlumat verir ki, Səhiyyə rəsmiləri milyonlarla insanı Pakistanda genişmiqyaslı xəstəliklərin yayılması barədə xəbərdarlıq edib.
Aylarla davam edən leysan yağışları səbəbindən insanların təmiz suya çıxışı olmadığına görə ishal və malyariya hallarının artdığı bildirilib.