ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

ABŞ Dövlət Departamenti David Babayanın səfərinə münasibət bildirib

Dünya A- A A+

ABŞ Dövlət Departamenti özünü separatçı "Dağlıq Qarabağın xarici işlər naziri" kimi təqdim edən David Babayanın Vaşinqtona səfərinə münasibət bildirib.

Ednews xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü  qeyd edib ki, Dövlət Departamentinin Babayanın səfəri ilə heç bir əlaqəsi yoxdur.

"Birləşmiş Ştatlar özünü elan etmiş (tanınmamış) “Artsax respublikasını” tanımır. Dövlət Departamenti bu səfərin bir hissəsi deyil".

Babayanın hansı statusda ABŞ səfəri ilə bağlı Dövlət Departamentinin sözçüsü bildirib ki, viza məsələləri ABŞ qanunlarına əsasən məxfidir.

"Ona görə də biz ayrı-ayrı hallara münasibət bildirə bilmərik. Birləşmiş Ştatlara səfər etmək üçün viza müraciətləri İmmiqrasiya və Vətəndaşlıq Aktı (INA) və müvafiq qaydalar daxil olmaqla, bütün qüvvədə olan qanunlara uyğun olaraq həll edilir", - Dövlət Departamentinin sözçüsü qeyd edib.

Xatırladaq ki, ABŞ-dakı erməni diasporası David Babayanın sentyabrın 19-da Vaşiqtona səfər edəcəyi və görüşlər keçirəcəyi barədə məlumat yayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...