Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb

Dünya A- A A+

Rusiyanı tərk etmək istəyənlərin sayının kəskin artması səbəbilə Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Ednews xəbər verir ki, məlumatı "Azadlıq" radiosunun rusdilli xidməti yayıb. Bildirilib ki, sentyabrın 23-də saat 03:30-dan etibarən Vladiqafqazda Moskovskiy və Kosta prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və Gürcüstanla gömrük-keçid məntəqəsi istiqamətində yalnız yerli qeydiyyat nişanına malik avtomobillər buraxılır.

Məlumata görə, bu səbəbdən Gürcüstan sərhədinə doğru insanlar piyada, skuterlə, velosipedlə, bəzi hallarda isə yerli sakinlərdən onları sərhədə çatdırması üçün ödəniş etməklə gəlirlər.

Şimali Osetiya rəsmiləri yaranmış vəziyyətə dair rəy bildirməyib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...