Noru qasırğası Filippinin şimalını vuraraq beş xilasedicinin ölümünə səbəb olub.
Ednews "hürriyet"-ə istinadən xəbər verir ki, qasırğa həmçinin iki bütöv əyalətdə elektrik enerjisini sıradan çıxarıb, kəndlər daşqınlar altında qalıb.
Bu il ölkəni vuran ən güclü tayfun Quezon əyalətinin Burdeos qəsəbəsində olub və 52,000-dən çox insan təcili sığınacaqlara köçürülüb.
Manilanın şimalında yerləşən Bulacan əyalətinin qubernatoru Daniel Fernando su altında qalan sakinlərə kömək etmək üçün qayıqdan istifadə edən beş xilasedicinin uçan divara dəydiyini, daha sonra isə alovlanan qayıqla birgə suda batdıqlarını bildirib.
Fernando DZMM radio şəbəkəsinə verdiyi açıqlamada "Onlar fəlakətdə soydaşlarımızın həyatını xilas etməyə kömək edən canlı qəhrəmanlar idi",-deyə bildirib.
Nəzrin Beydiyeva