“İsveç hələ də terrorçuları dəstəkləyir” - Akar - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

“İsveç hələ də terrorçuları dəstəkləyir” - Akar

Dünya A- A A+

“İsveç artıq qərarını verməlidir”.

Ednews “Star.com.tr”yə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O söyləyib ki, İsveç Türkiyə ilə bağlı silah sanksiyasını ləğv etməsinə baxmayaraq, hələ də terrorçuları dəstəkləyir: “Ora terrorçular üçün sığınacaq olmamalıdır”.

H.Akar, həmçinin Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəsinin davam edəcəyini bildirib.

Qeyd edək ki, İsveç ötən həftə Türkiyəyə qarşı silah sanksiyasını ləğv edib. Rəsmi Ankara bu ölkədən terrorçuların təhvil verilməsini də tələb edir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...