İspaniyanın Kastiliya-La-Mança Muxtar İcmasının quşçuluq fermasının işçisi quş qripinə yoluxub.
Ednews xəbər verir ki, bu barədə “Diario” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, söhbət H5N1 ştamından gedir. Bu, İspaniyada ilk, Avropada isə ikinci hadisədir.
Nəşr vəziyyətin yerli hakimiyyət orqanlarının narahatlığına səbəb olmadığını vurğulayıb. Belə ki, qripə yoluxan şəxsin testi artıq mənfi nəticə göstərib.