Britaniya Polşada HHM sistemlərini yerləşdirməyə davam edəcək - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Britaniya Polşada HHM sistemlərini yerləşdirməyə davam edəcək

Dünya A- A A+
Böyük Britaniya özünün “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin Polşada yerləşdirilməsini davam etdirməyi qərara alıb.
 
Ednews APA TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles Polşada səfərdə olarkən deyib.
 
Polşa televiziyasının efirində çıxış edərək nazir bildirib: “Qeyd etmək istəyirəm ki, biz Britaniyaya məxsus orta mənzili HHM sistemlərinin Polşada yerləşdirilmə müddətinin uzadılmasını qərara almışıq və burada məqsəd Polşanın Ukraynaya kömək etdiyi halda özünün təhlükəsizliyinin təmin edilməsidir”.
 
Xatırladaq ki, Böyük Britaniya Polşanı dəstəkləmək və bu ölkənin hava məkanını təhlükəsizliyinin təmin edilməsi üçün orta mənzilli “Sky Sabre” HHM sistemi və əlavə olaraq 100 nəfərdən ibarət personal yerləşdirib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...