“Tesla” və “SpaceX”in sahibi İlon Mask “Twitter”in hər bir səhmi üçün 54,20 dollar olmaqla, şirkəti satın almaq məqsədilə yeni təkliflə çıxış edib.
Ednews “TASS”a istinadən xəbər verir ki, təklif şirkətə məktub şəklində göndərilib.
Nyu-York Fond Birjasının məlumatlarına görə, “Twitter”in səhmləri çərşənbə axşamı Maskın təklifi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra 5,39 dollar (12,67%) bahalaşıb.