İranda etirazçılar sabiq Ali rəhbər Ruhulla Xomeyninin heykəlini dağıtdılar.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin hicab bəhanəsi ilə “Əxlaq” polisi tərəfindən qətlə yetirilməsindən sonra artıq bir aydır ki, etiraz aksiyaları keçirilir.
Nümayişlərdə 100-dən çox insan hökumət qüvvələri tərəfindən öldürülüb, 1000-dən çox insan saxlanılıb.