“Ədalətli Qazaxıstan” prinsipində məqsəd hər bir Qazaxıstan vətəndaşı üçün bərabər hüquqların, imkanların və müdafiənin təşkilini nəzərdə tutur”.
Ednews xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Qazaxıstanın Müstəqilliyi Günü və Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
Qazaxıstan diplomatı bu ilin yanvarında öz ölkəsində baş verənlərə toxunaraq, son hadisələrdən sonra ölkədə dəyişikliklər baş verdiyini və hökumətin vacib siyasi, sosial-iqtisadi islahatlar həyata keçirdiyini bildirib:
“Siyasi partiyaların qeydiyyatı sadələşdirilib, parlamentə daxil olmaq üçün hədd 7 faizdən 5 faizə endirilib. Qazaxıstanda ölüm hökmü ləğv olunub. Qazaxıstanda “müxtəliflikdə həmrəylik prinsipi hər zaman qorunacaq”.