Dünyaca məşhur aktrisa Ancelina Coli İranda gedən proseslərlə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, o “Instagram” hesabında fars şair Həmid Musaddiqin şeirin paylaşıb.
"Mən ayağa qalxsam,
Siz ayağa qalxsanız,
Hamı ayağa qalxacaq.
Mən otursam,
Siz otursanız,
Kim ayağa qalxacaq?"
Coli paylaşımına “İranlı bir dost mənə bu şeiri xatırlatdı. Mən bu gün bütün iranlı gənclərin onilliklər boyu iranlı qadınların vəhşicəsinə istismarı və repressiyalarına qarşı cəsarətlə ayağa qalxdığını düşünürəm” – deyə şərh yazıb.