Ukrayna ordusunun Xarkov əməliyyatlarında hücum potensialı tükənib.
Ednews xəbər verir ki, bunu Latınina TV-yə müsahibəsində Ukrayna Prezident Aparatının ştatdankənar müşaviri Aleksey Arestoviç deyib.
"Hücum potensialımızı tükətmişik, çünki silahları özümüz istehsal etmirik, hər şeyi Qərb təmin edir. Biz resursları Xerson vilayətinin şimalını ələ keçirməyə, Xarkov əməliyyatına və Baxmuta bütün hücumların dəf edilməsinə sərf etmişik”, - deyə o, qeyd edib.
Aleksey Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri yaxın vaxtlarda yenidən genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq üçün Qərb silahlarının ehtiyatına malik deyil:
“Resursları toplamaq üçün vaxt lazımdır. Topladıqdan sonra irəliləyişlər Xarkov istiqamətində daha sürətli olacaq”.