Tanzaniyada sərnişin təyyarəsi Viktoriya gölünə düşüb - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Tanzaniyada sərnişin təyyarəsi Viktoriya gölünə düşüb

Dünya A- A A+
Tanzaniyada sərnişin təyyarəsi Bukoba hava limanında eniş etmək istəyərkən Viktoriya gölünə düşüb.
 
Ednews xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
 
15 nəfərin xilas edildiyi qeyd edilir.
 
Təyyarənin göyərtəsində neçə sərnişin və ekipaj üzvü olduğu hələlik məlum deyil. Xilasedici qayıqlar hadisə yerindədir.
 
Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...