İranın Kirmanşah əyalətində SEPAH-ın təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nadir Bayrami etiraz aksiyaları zamanı öldürülüb.
Ednews-un məlumatına görə, hadisə bu gün Kirmanşah əyalətinin Səhnə şəhərində baş verib.
Onun soyuq silahla öldürüldüyü bildirilir.
Qətli törədən şəxslərin həbs edildiyi bildirilir.