ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 400 milyon dollara yaxın əlavə hərbi yardımın ayrılması barədə göstəriş verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
“Bayden ABŞ dövlət katibinə Ukraynaya kömək məqsədilə ABŞ Müdafiə Nazirliyindən müdafiə məhsulları və xidmətləri, eləcə də hərbi təlim və təhsil xərcləri üçün 400 milyon dollara qədər vəsait ayırmaq göstərişi verib”, - deyə məlumatda bildirilib.
Rəsmi Vaşinqtonun Kiyevə hansı silahları göndərəcəyi isə açıqlanmayıb.