Xankəndi, Xocəvənd və Xocalı təcili nəzarətə götürülməlidir Partiya sədrlərindən ÇAĞIRIŞ

Dünya 14:15 30.11.2022
Artıq bir aydan çoxdur ki, rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qanunsuz erməni silahlı birləşmələri müxtəlif istiqamətlərdən Azərbaycan ordusunun mövqelərini mütəmadi atəşə tuturlar.
 
Məqsədyönlü şəkildə təxribatlar törətməklə yanaşı erməni separatçıları sülhməramlıların onlara  yaratdıqları şərait sayəsində silahlanır və yeni hərbi mövqelər yaradırlar. 
 
İctimaiyyətimizdə ciddi narahatçılıq doğuran bu məsələyə bir çoxları ilə bərabər partiya sədrləri də münasibət bildirib. 
 
Partiya sədrləri Ednews –a açıqlamalarında Azərbaycan ordusu tərəfindən Qarabağda növbəti dəmir yumruq əməliyyatlarının həyata keçirilməsini zəruri hesab ediblər. Onların sözlərinə görə, bu dəfəki anti-terror tədbirləri erməni təxribatlarına birdəfəlik son qoymalıdır. 
 
AMİP sədri Arzuxan Əlizadə Pənah Hüseynə və müstəqil mediaya qarşı  basqıları pislədi
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, üçtərəfli bəyanatın 4-cü maddəsinin yerinə yetirilməməsi nəticəsində sülhməramlıların məsuliyyət zonasında Ermənistan ordusunun qalıqları və separatçı ünsürlər artıq intensiv şəkildə təxribatlar törədirlər. 
 
“Bu istiqamətdə Azərbaycan ordusu üç dəfə adekvat addımlar atıb. Qisas, Fərrux və Qətiyyətli cavab əməliyyatları ilə ordumuzun bütün prosesləri qarşısını almaq iqtidarında olduğunu göstərib. Milli İstiqlal Partiyası olaraq mətbuata və ictimaiyyətə açıqlamalarımızda Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hər hansı anti- terror əməliyyatlarını dəstəkləyəcəyimizi bildirmişik. Bu hüququ Azərbaycandan heç kəs ala bilməz. Bu beynəlxalq hüquqla tənzimlənən məsələdir. Həmin erməni terrorçuları mütləq zərərsizləşdirilməlidirlər. Hədəfimizdə Xankəndi, Xocəvənd və Xocalını nəzarətə götürmək olmalıdır. Əgər erməni təxribatlarının qarşısı alınmazsa, çox ağır fəsadlarla üzləşəcəyik”. 
 
Pənah Hüseyn 1 yaşında - FOTO
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid olan qondarma rejim və onun qanunsuz silahlıları tezliklə çökdürülməlidirlər.
 
“Qarabağda hərbisizləşdirilmənin aparılması, separatçı ünsürlərin məhv edilməsi və həmin ərazi üzərində suverenliyin bərpası dövlət təhlükəsizlik orqanlarının konstitusiya öhdəliyidir. Ərazilərimizdə separatizmin tam kökünün kəsilməsi üçün hərbi, siyasi və diplomatik səviyyədə ciddi tədbirlər görülməlidir. Növbəti əməliyyatlarda Xankəndinə girməliyik”. 
Tural Abbaslı: Navalnı Qərbin bir projesidir -
 
Ağ Partiyanın sədri Tural Abbaslı Laçın dəhlizinin bağlanmasına çağırıb. 
 
“Üçtərəfli bəyanata uyğun olaraq rus sülhməramlıları ərazilərimizdə qanunsuz silahlı birləşmələri tərkisilah edərək sakit və sabit mühit yaratmalı idi. Bundan sonra isə məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıtmalı idilər. Lakin nə silahlı birləşmələr ləğv olunub, nə məcburi köçkünlər qayıdıb, nə də Laçın dəhlizindən silah daşınmasının qarşısı alınıb. Ermənilər bu dəhliz vasitəsilə ərazilərimizə külli miqdarda mina gətirirlər. Bu da hərbiçilərimizin və mülki insanlarımızın həyatına təhlükə törədir. Bütün bunları nəzərə alanda Azərbaycanın özünü müdafiə hüququ var. Xocalı, Xankəndi və Xocəvənd üzərində suverenliyin bərpası istiqamətində anti-terror əməliyyatları həyata keçirilməli və erməni silahlıları məhv edilməlidir.  Laçın yolu da bağlanmalıdır”. 
 
Nemət Pənahlı Prezidenti təbrik edib
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Qarabağda ermənilərin son təxribatlarını Rusiyanın regionda gesosiyasi maraqları ilə əlaqələndirib. Onun sözlərinə görə, ərazilərimizdə sülhməramlılar birbaşa Rusiyanın bölgədə  mövqeyini möhkəmləndirir. 
 
“Dırnaqarası rus sülhməramlı qüvvələri erməni silahlılarını qoruyub saxlayırlar və onların təxribat törətməsinə münbit şərait yaradırlar. Laçın dəhlizi ilə Ermənistandan Qarabağa silah-sursat gətirərək qanunsuz silahlı birləşmələrini silahlandırırlar və onları bizə qarşı hazırlayırlar. Əgər bu özbaşnalıqlar davam edərsə, ağır faciələr və fəsadlarla qarşılaşacağıq. Azərbaycan ordusu birmənalı şəkildə buna son qoymalıdır. Azərbaycan 44 günlük müharibədə qətiyyət göstərərək 30 illik erməni işğalına son qoyub. İndi də həmin qətiyyət nümayiş etdirilməlidir. Xankəndi daxil olmaqla ermənilərin yaşadığı ərazilər ordumuzun nəzarətinə keçməlidir”. 
Hafiz Hacıyev pensiyadan İMTİNA ETDİ: “Mənə lazım deyil”
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev də həmkarları ilə eyni fikirləri bölüşüb. 
 
“Qarabağda təcili şəkildə çox ciddi anti-terror əməliyyatları keçirilməlidir. Bu əməliyyatlar çərçivəsində erməni separatçıları və digər qanunsuz silahlı birləşmələri məhv edilməlidir. Orada bir dənə erməni terrorçusu qalmamalıdır. Eyni zamanda Xankəndində Azərbaycan bayrağı qaldırılmalı və bu şəhərinin meri təyin edilməlidir. Ermənilərin nazları ilə çox da oynamamalıyıq. Onların vaxt udmasına imkan verməməliyik”. 
 
Yunis Abdullayev
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı