İranda Mossada casusluq edən dörd nəfər edab ediləcək.
Ednews Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran məhkəməsi İsrailin Təhlükəsizlik orqanı – MOSSAD ilə əməkdaşlıqda şübhəli bilinən dörd şəxsin edam cəzasına məhkum edilməsi barədə hökm verib.
Xəbər agentliyi, həmçinin iddia edib ki, həmin şəxslər adam oğurluğunda da iştirak ediblər.
İranda vaxtaşırı İsrail casuslarının həbs olunmaları ilə xəbərlər yayılar. Lakin bu cür iddialar çox vaxt təsdiqini tapmayıb.
Yunis Abdullayev