İsrailin paytaxtı Təl-Əvivdən təxminən 7 kilometr cənub-şərqdə yerləşən Azərda məktəbinin şagirdləri gəzinti zamanı 3000 illk artefakt möhür aşkar ediblər.
Ednews Yerusəlim Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrail Qədim Əsərlər İdarəsi artefaktı nəzərdən keçirib və onun içində Misir fironunun həkk olunduğunu qeyd ediblər.
Rabin Orta Məktəbinin səkkizinci sinif şagirdləri İsrail Qədim Əsərlər İdarəsi tərəfindən təşkil olunan növbəti tur kursunda iştirak ediblər. Şagirdlər turlarda arxeoloji tapıntılar haqqında məlumatlar öyrənmək imkanlar əldə edirlər.
Tarixçi Amir Golaninin sözlərinə görə, bu artefakt qədim zamanlarda möhür kimi istifadə olunub, eyni zamanda güc və xüsusi status simvoli kimi hesab olunub.
“Ola bilsinki, bu möhür boyunbağıya və ya üzüyə taxılıb. O, mavi-yaşıl şirlə örtülmüş silikat materialdan hazırlanıbdır. Bu möhür ya ərazidən keçən mühüm bir nüfuzlu şəxsin əlindən düşmüş ola da bilər, ya da digər əşyalarla birlikdə torpağa basdırılıb və min illərdən sonra üzə çıxıb”, – deyə Golani bildirib.
Tarixçi onu da qeyd edib ki, bu möhür Misirin siyasi və mədəni hegemoniyasına inteqrasiya olan Kənan hökmdarlarına da məxsus olması barədə iddialar da irəli sürmək olar.
“Möhürün, həqiqətən də son tunc dövründə Misir İmperatorluğu tərəfindən idarə olunan yerli Kənanlılara məxsus olması da mümkündür”.
Yunis Abdullayev