Böyük Britaniya 22 Rusiya vətəndaşına sanksiya tətbiq edib.
Ednews “TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, "Qara siyahı"ya Rusiya Baş nazirinin müavini Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadiy Qostev, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova daxil edilib.
Həmçinin, Britaniya tərəfindən Rusiya regionlarındakı hərbi komissarlara qarşı da sanksiyalar tətbiq olunub.