Estoniya Ukraynaya hərbi yardım etdiyi üçün təzminat kimi Avropa İttifaqından (Aİ) daha 21 milyon avro alacaq.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Mell bildirib.
“Aİ Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi dəstək üçün ümumilikdə 3,1 milyard avro dəyərində 6 yardım paketinin ayrılmasını təsdiqləyib. İndiki dövrə olan məlumata əsasən, Estoniyaya 156 milyon avro qaytarılacaq”, - deyə Mell bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Estoniya bu vəsaitdən hərbi potensialının bərpası üçün istifadə edəcək.