"Yürek çıkmazı" serialında rol alan aktrisa İrem Helvacıoğlu ötən gün tədbirlərin birində verdiyi müsahibəylə gündəmə gəlib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ekran işindəki obrazı kimi gerçək həyatda da şiddət gördüyünü deyib:
"Mən də fiziki şiddətə məruz qalmışam. Psixoloji şiddət də görmüşəm, amma bunu sonra fərq etdim. Həyatımda bu tərz şiddət göstərənlərə artıq yer vermirəm".