Rusiyanın paytaxtı Moskvada bir kişinin qaynının cəsədinin külünü metroda unutduğu barədə xəbər yayılıb.
Ednews-un Rusiya hüquq-mühafizə orqanlarının məlumatına istinadən verdiyi xəbərə görə, hadisə barədə bir qadın polis idarəsinə gələrək müraciət edib. Belə ki, müraciət edən qadın polisə ərinin Moskvada metro qatarlarından birində qardaşının cəsədinin külünün olduğu qabın olduğu çantanı unutduğunu bildirib.
“Moskovski Komsomolets” qəzetinin yazdığına görə, insident noyabrın 24-də baş verib və həmin şəxs Moskvanın “Marksistskaya” stansiyasında metronun kupesindən düşüb və özü ilə daşıdığı çantanı unudub.
Qeyd edək ki, içərisində kül olan qab, daha sonra həyat yoldaşının qardaşının dəfninin ləğv edilməsinə səbəb olub.
Daha sonra kül olan qabın tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
Rəna Mürşüd