Ərdoğanla Britaniya Baş naziri arasında telefon danışığı olub - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Ərdoğanla Britaniya Baş naziri arasında telefon danışığı olub

Dünya A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Ednews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı başda ticarət və müdafiə sənayesi olmaqla iki ölkə arasında əlaqələri yaxşılaşdıracaq addımlar müzakirə edilib.

Bundan əlavə, Ərdoğan, Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tez bir zamanda yenidən qurulmasının bütün tərəflərin marağında olduğunu vurğulayıb. O, həmçinin Kipr probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyinə diqqət çəkib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...