Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakale rayonunda yaşayış binasının birinci mərtəbəsində partlayış nəticəsində yaralanaların sayı 6-ya çatıb.
Ednews “Sabah”a istinadən xəbər verir ki, yaralıların həyati təhlükəsi yoxdur.
Rayon administrasiyasının məlumatına görə, partlayış istilik qazanı səbəbindən baş verib.
Qəzetin bildirib ki, partlayış yaşayış binasının birinci mərtəbəsində yerləşən zərgərlik mağazasında baş verib. Yaralılar - mağazanın üstündəki mənzildə olan 6 nəfər xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində məhəllədə üç mağazaya ziyan dəyib.
Partlayış sonucunda səpələnmiş qızıl-zinət əşyaları toplanaraq mağaza sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.