ABŞ-da yalançı peyğəmbər hadisəsi qalmaqala səbəb olub.
Amerika Birləşmiş Ştatları (ABŞ) Arizonadan gələn xəbərlərdən sonra çalxalanıb. İctimaiyyətdə "Mormon peyğəmbəri" və "yalançı peyğəmbər" kimi tanınan Samuel Rappylee Bateman Federal Təhqiqat Bürosunun (FTB) təşkil etdiyi əməliyyatdan sonra həbs edilib.
Ednews xəbər verir ki, FTB agentləri sentyabrın 13-də Arizona ştatının Kolorado Siti şəhərində Samuel Rappylee Batemanın evinə basqın edərək orada yaşayan 18 yaşından kiçik qızları xilas ediblər.
FTB daha sonra hadisə ilə bağlı hesabatını açıqlayıb.
FTB-nin aldığı ifadələrə görə, 46 yaşlı Samuel Rappylee Bateman, şahidlər tərəfindən 9 yaşından kiçik 20-yə qədər qadın və qızı, o cümlədən öz qızı ilə evlənməkdə ittiham olunur.
Nəzrin Beydiyeva