Hindistanın Mumbay şəhərindən olan əkiz bacılar evləndikdən sonra ayrılmaqdan qorxublar və birlikdə eyni kişi ilə evləniblər.
Ednews Milli az-a istinadən bildirir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Səyahət agentliyinin işçisi olan 36 yaşlı kişi bacılara bir neçə ay əvvəl baş vermiş bədbəxt hadisənin nəticələrinin öhdəsindən gəlməyə kömək edib. Bacılardan biri hindli ilə münasibət qurub və tezliklə ondan evlilik təklifi alıb.
Qadın yalnız o şərtlə evlənməyə razı olub ki, kişi onun əkizi ilə də evlənsin. Uşaqlıqdan bəri bacılar hər şeyi birlikdə ediblər, eyni kollecdə oxuyublar və hətta eyni şirkətdə çalışıblar. Toydan sonra ayrılmaq fikri onlara dözülməz görünüb.
Kişi hər iki bacı ilə evlənməyə razılaşıb. Qeyd olunub ki, bəylə gəlinin ailələri qeyri-adi birliyə etiraz etməyiblər.
"Əkiz bacılar da müttəhim ola bilərlər, çünki qanun ikiarvadlılığı və çoxarvadlılığı qadağan edir", - hüquqşünas Şivadjirao Reyn deyib.