Türkiyəni ayağa qaldıran, İsmailağa qrupuna bağlı Hiranur adlı vəqfin ört-basdır etməyə çalışdığı və onun qurucusu Yusuf Ziya Gümüşel, qızını 6 yaşında ikən 29 yaşlı Kadir İstillə "ərə verib".
Ednews Hürriyət-ə istinadən xəbər verir ki, jurnalist Timur Soykanın gündəmə gətirdiyi zorakılıqla bağlı yeni təfərrüatlar ortaya çıxıb. Türkiyəni ayağa qaldıran qalmaqalda tapılan səs yazıları eşidənləri təəccübləndirib.
Vəqf bununla bağlı yayılan xəbərlərin sadəcə iftira olduğunu, anti İslam tərəfdaşları tərəfindən yayıldığını bildirib.
Yayılan səsyazmalarda uşağın iddianamədəki ifadəsinə görə, İstanbul Çengelköydə yaşayarkən atası onu 29 yaşlı şagirdi Kadir İstikli ilə imam nikahı ilə ərə verdiyi ortaya çıxıb.
İllər sonra polisə müraciət edən qız ifadəsində bildirib:
“Ağladım. Kadir evli olduğumuzu dedi. Anam mənə dedi ki, atam evli olduğu kimi biz də evliyik. Dedi ki, sən mənim arvadımsan, mən sənin ərinəm. Evlilər belə oyunlar oynayır, amma bu oyun heç kimə deyilmir. Anam və atam Kadirə “kürəkənim” deyirdilər.
İddialara görə, əvvəlcə anası buna qarşı idi. Lakin anası evdə olmayanda atası Kadiri qızın yanına gətirirdi.
Qeyd edək ki, adı şərti olan vəqf qurucusunun qızının nişanı 13, toyu isə 14 yaşında olub. Bu zaman hələ atası Yusuf Ziya Gümüşel İstanbulun Sancaktəpəsində Hiranur Vəqfinin nəhəng və qeyri-qanuni sosial kompleksini tikdirirdi.
Nəzrin Beydiyeva