“Almaniyanın keçmiş kansleri Angela Merkeldən bunu gözləmirdim”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda təşkil olunan Avrasiya İqtisadi İttifaqının sammitindən sonra keçirilən mətbuat konfransında Almaniyanın sabiq kanslerinin Minsk razılaşmaları ilə bağlı açıqlamasına dair sualı cavablandırarkən deyib.
O, Almaniyanın Rusiyanın yanında olduğunu düşünməklə, yanıldığını qeyd edib:
“Mən düşünürdüm ki, Almaniya Federasiyası bizi səmimi qəlbdən dəstəkləyir. Düzdür, müharibə zamanı onlar Ukrayna tərəfinə müəyyən yardımlar göstəriblər, amma mən Almaniyanın bu məsələdə Rusiyanın yanında olduğunu və həqiqi mənada Minsk razılaşmasına müvafiq olaraq münaqişənin normallaşmasına çalışdığını zənn edirdim”.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Angela Merkel deyib ki, Minsk razılaşmaları Ukraynaya güclənmək üçün “qiymətli vaxt” verib:
“2014-cü il Minsk razılaşmaları Ukraynaya vaxt vermək cəhdi idi və ölkə bu gün gördüyünüz kimi, güclənmək üçün də həmin vaxtdan istifadə etdi. Ukrayna 2014-2015-ci illərdəki Ukrayna deyil”.
Putin Ukrayna ilə bağlı danışarkən bildirib ki, Rusiya Ukraynayla bağlı məsələyə gec münasibət bildirib:
“Biz daha tez başlamalıydıq, amma bu problemi sülh yolu ilə həll edəcəyimizə ümid edirdik”.