Avstraliyada silahlı insident baş verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, insident Kvinslend ştatında yaşanıb.
Belə ki, polisə açılan atəş nəticəsində 3 nəfər dünyasını dəyişib. Onlardan biri sıravi vətəndaşdır. Daha iki polis əməkdaşı isə yaralanıb. Onlar xəstəxanda həkim nəzarətindədirlər.
İnsidentlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Hadisəni törədənlərin axtarışları davam etdirilir.
Sakinlərə evdən çölə çıxmamaq tapşırılıb.