Filippinin Mindoro adası yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Ednews xəbər verir ki, bu barədə Filippinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri əhalisi 18,5 min nəfərdən çox olan Paluan (Qərbi Mindoro əyaləti) bələdiyyəsindən 20 km şimal-şərqdə yerləşib. Zəlzələnin mənbəsi 89 km dərinlikdə olub.
Mütəxəssislər ərazidə təkrar zəlzələlərin olacağını istisna etməyiblər.
Qeyd edək ki, bir həftə öncə də Mindanao adasında 6,1 ballıq zəlzələ baş vermişdi.