Əfqanıstanda qızların universitetdə oxuması rəsmən qadağan edildi - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Əfqanıstanda qızların universitetdə oxuması rəsmən qadağan edildi

Dünya A- A A+
Əfqanıstanın Ali Təhsil Nazirliyi qızların orta məktəbdə təhsil almalarına qadağa qoyulduqdan sonra onların universitetə   getməsinin də rəsmən qadağan edildiyini açıqlayıb. 
 
Ednews  BBC-yə istinadən xəbər verir ki, Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Hafiz Zeiyaullah Haşimi bu barədə sosial media hesabında məlumat verib. 
 
Əfqanıstanın bütün dövlət və özəl universitetlərinə təqdim edilən qərarda deyilir: 
 
“Nazirlər Şurasının qərarına əsasən, qızların təhsili ikinci əmrə qədər dayandırılıb, xahiş edirəm, nazirliyə ən qısa zamanda təminat verin”. 
 
Qərardan əvvəl universitetlərdəki qız tələbələr kişi tələbələrdən ayrı oturmaq və müəyyən geyim qaydalarına uyğun geyinmək şərti ilə dərslərdə iştirak edə bilərdilər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...