Çexiyada magistral yolda 40 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, qəza Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında qeydə alınıb.
Bildirilib ki, magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.
Qəzaya səbəb kimi dumanlı hava şəraiti göstərilir.