Fars körfəzinin girişindəki gəmiqayırma müəssisəsində İran Hərbi Dəniz Qüvvələri keçmiş ticarət konteyner gəmisini pilotsuz uçuş aparatları üçün daşıyıcıya çevirir.
Ednews xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Yayılan peyk görüntülərinə və açıq mənbəli fotoşəkillərə əsasən, bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran bayraqlı konteyner gəmisi olan “Şəhid Məhdəvi” helikopter və dronları daşımaq üçün istifadə olunacaq.
Müvafiq işlər Hörmüz boğazı yaxınlığında İranın Bəndər-Abbas limanındakı Gəmiqayırma və Dəniz Sənaye Kompleksində aparılır.
Qeyd edilir ki, “Şəhid Məhdəvi” ən azı may ayından limandadır və o vaxtdan etibarən ticarət gəmisi üzərində iş gedir.