Urmu şəhərində aviareyslər dayandırılıb. Bu barədə Qərbi Azərbaycan əyalətinin Hava Limanlarının Baş İdarəsinin rəisi Məhəmmədəli Qaraməliki məlumat verib.
Ednews xəbər verir ki, bu barədə məlumat "Azad İran" teleqram kanalında verilib.
O, əlverişsiz hava şəraitinə görə Urmu hava limanından bir sıra uçuşların ləğv edildiyini və bir neçəsinin də təxirə salındığını deyib:
"Hava şəraiti, qarın yağması və görmə məsafəsinin 300 metrdən aşağı düşməsi ilə əlaqədar bu gün, yanvarın 5-də Urmu hava limanından həyata keçiriləcək uçuşlar təxirə salınacaq".