Nepal hökuməti təyyarə qəzası ilə əlaqədar yanvarın 16-sını matəm elan edib.
Ednews xəbər verir ki, bu barədə Nepalın “The Kathmandu Post” qəzeti məlumat yayıb.
Qeyd edək ki, bu gün Katmandu-Poxara reysi ilə uçan və “Yeti Airlines” şirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Qəza zamanı təyyarədə olan 72 nəfərdən 70-i həlak olub, ikisi sağ qalıb.
Onların da vəziyyətinin ağır olduğu deyilir.