Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda YANĞIN - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda YANĞIN

Dünya A- A A+

Gürcüstanda Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.

Ednews "mcm.ge"yə istinadən xəbər verir ki, yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.

Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib. Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.

Qeyd edək ki, Gəncə qapısı da Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...