İspaniyanın paytaxtı Madridin mərkəzində hökumət əleyhinə etiraz aksiyası keçirilib.
Aksiyada ən azı 30 min insan iştirak edib.
Ednews xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Madriddəki ofisindən məlumat verilib.
Aksiya təşkilatçılarının sözlərinə görə, hazırda krallıq "çətin vəziyyətdədir". Onlar konstitusiyanın müdafiəsi, həmçinin azad və bərabər hüquqlu insanların yaşadığı vahid və çiçəklənən İspaniya üçün etiraz aksiyasına qatılmağa çağırıblar.
"Biz demokratiyamızın korlanması, dövlətimizin zəifləməsi və institutların ciddi dəyişikliyə məruz qalması barədə xəbərdarlıq edirik. Biz hakimiyyətin separatizm, totalitar populizm və ETA siyasi cəbhəsinin (Bask terror qruplaşması) davamçıları tərəfindən dəstəklənməsi və himayə edilməsinə qarşıyıq", - deyə aksiya təşkilatçıları qeyd ediblər.