İsveçin Türkiyənin paytaxtı Ankaradakı səfirliyi mümkün nümayişlərə görə bağlıdır.
Ednews xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, ötən həftə sonu səfirlik qarşısında toplaşan qəzəbli kütlə müxtəlif şüarlar səsləndirib, İstanbuldakı konsulluğun qarşısında toplaşan etirazçılar isə İsveç bayrağını yandırıblar.