Ermənistanda 12 vergi məmuru həbs edilib.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, cinayət işi üzrə ümumilikdə 15 gömrük əməkdaşı iştirak edir, onlardan 12 nəfəri məhkəmənin qərarı ilə həbs edilib. Bbuna onların rüşvət alması səbəb olub.
Kütləvi həbsin təfərrüatları, o cümlədən məmurların adları hələ açıqlanmayıb.