Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biri oldu - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biri oldu

Dünya A- A A+
İtaliyanın Rəqəmsal Texnologiyalar Fondu “rəqəmsal nəzarət” hesabatı hazırlayıb. Fond 24 dövlət və hökumət başçısının "Facebook", "Instagram" və "Twitter" sosial şəbəkələrindəki hesablarını təhlil edib.
 
Ednews "ANSA" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənən liderlərdən biri olub.
 
Araşdırmaya görə, sosial mediada ən çox izlənən qlobal liderlər ABŞ Prezidenti Co Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenskidir.
 
Digər liderlər arasında ən çox izlənən Braziliya Prezidenti Luiz İqnasio Lula da Silva, Misir Prezidenti Əbdül-Fəttah əs-Sisi və İtaliyanın baş naziri Corciya Melonidir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...