Nikolay Drozdov reanimasiyaya yerləşdirilib - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Nikolay Drozdov reanimasiyaya yerləşdirilib

Dünya A- A A+
Moskvanın cənub-qərbində evinin yaxınlığında yıxılaraq ağır xəsarət alan teleaparıcı, Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru, “Heyvanlar Aləmi” verilişinin aparıcısı Nikolay Drozdov reanimasiyaya yerləşdirilib.
 
Ednews xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
 
Qeyd olunub ki, buzlu yolda yıxılan aparıcının səkkiz qabırğası sınıb. Rəssam Konstantin Miroşnik bildirib ki, Drozdov evdə qalmaq istəyib, lakin həyatı yoldaşı Tatyana onun təcili xəstəxanaya yerləşdirilməsində israr edib:
 
“Qabırğalar içəri sıxılır. Və çox güclü ağrıları var idi, öskürür, nəfəsi getdikcə pisləşirdi. Ona nəfəs almasını asanlaşdırmaq üçün ağciyərlərin süni ventilyasiya aparatı qoşulub”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...