Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb, 50-si uşaqdır - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Əfqanıstanda şaxtalara görə, 170 nəfər ölüb, 50-si uşaqdır

Dünya A- A A+

Əfqanıstanın 34 əyalətindən 24-də anomal şiddətli şaxtalar və qar yağması nəticəsində 150-dən çox yaşayış binası dağılıb, 80 min başdan çox mal-qara tələf olub. 170 nəfər ölüb, onlardan 50-si uşaqdır

Ednews xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bu qış Əfqanıstan əhalisi üçün son illərin ən soyuq qışı olub. Yanvarın əvvəlində havanın temperaturu -28°C-ə, ölkənin bəzi yerlərində isə -34°C-yə qədər enib.

Ölənlərin əksəriyyəti evlərini odun və ya kömürlə qızdırmaq imkanı olmayan kənd sakinləridir. Belə hava şəraitinə uyğunlaşmayan ölkə aclıq təhlükəsi ilə üzləşə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Əfqanıstanda qeydə alınan anomal soyuq hava şəraiti ilə əlaqədar ölənlərin sayı 157 nəfər olduğu bildirilirdi.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...