Abramoviç Ukraynaya 2,3 milyard GÖNDƏRƏCƏK - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Abramoviç Ukraynaya 2,3 milyard GÖNDƏRƏCƏK

Dünya A- A A+

Rusiyalı biznesmen Roman Abramoviç "Çelsi" futbol klubunun satışından əldə etdiyi vəsaitin bir hissəsini Ukraynaya göndərəcək. 

Ednews “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu məbləğ 2,3 milyard funt sterlinq təşkil edir. 

Nəşr yazıb ki, Abramoviç hələ İngiltərənin sanksiyalar siyahısına daxil edilməmişdən əvvəl “Çelsi”ni satdığını açıqlamışdı.

2022-ci ildə Abramoviç bu vəsaiti “zərərçəkənlərə kömək etmək üçün” Ukraynaya köçürəcəyini vəd etmişdi. 

Qeyd edək ki, 2022-ci ilin dekabrında Kanada hakimiyyəti Ottavadan iqtisadi sanksiyalar altında olan Abramoviçin həbsi və aktivlərinin müsadirə edilməsi prosesinə başlayıb. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...