ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqların yekunlarına dair açıqlamasında bildirib.
Blinken qeyd edib ki, bu məbləğ artıq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.
Həmçinin, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.