Danilov: Rusiya ən genişmiqyaslı hücuma hazırlaşır - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Danilov: Rusiya ən genişmiqyaslı hücuma hazırlaşır

Dünya A- A A+
Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı indiyə qədərki müharibə ərzində ən genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.
 
Ednews  xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Sky News“a müsahibəsində deyib.
 
Katib istisna etmir ki, Rusiya ordusu keçən ilin 24 fevralında olduğu kimi Ukrayna üzərinə cənubdan, şərqdən və şimaldan hücuma keçə bilər.
 
"Hücumun tarixi keçən il başlamış genişmiqyaslı müharibənin ildönümünə təsadüf edə bilər. Rusiya ordusu genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır və bunun üçün mümkün olan hər şeyi toplayır, təlimlər keçirir” – o qeyd edib.
 
Xatırladaq ki, ötən ilin yanvarın 30-da NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun yeni hücuma hazırlaşdığını elan edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...