"İranla diplomatik əlaqələri hər an kəsə bilərik" - Ukrayna XİN - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

"İranla diplomatik əlaqələri hər an kəsə bilərik" - Ukrayna XİN

Dünya A- A A+
“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.
 
Ednews “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
 
Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.
 
D.Kuleba həmçinin İranın “qırmızı xətlər"i keçdiyini vurğulayıb:
 
“Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.
 
Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır:
 
“Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.
 
Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...