Pentaqon Çinin hava şarını vurmamağa qərar verib - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Pentaqon Çinin hava şarını vurmamağa qərar verib

Dünya A- A A+

ABŞ Müdafiə Nazirliyi Amerika ərazisi üzərində aşkar edilən Çin müşahidə şarını təhlükəli hesab etmir, onun sonrakı hərəkətini izləyir və hadisələrin gedişatına reaksiya vermək üçün müxtəlif variantları nəzərdən keçirir.

Ednews-un məlumatına görə, bu barədə cümə günü Pentaqonun sözçüsü general Patrik Rayder bildirib.

“Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı onu (hava balonu – red.) yaxından izləməyə davam edir”, - Müdafiə Departamentinin nümayəndəsi bildirib.

General bildirib ki, şar hazırda ABŞ-ın mərkəzi üzərindədir və Şərqə doğru irəliləməkdə davam edir.

“Hazırda hava şarının yerdəki insanlar üçün heç bir hərbi və fiziki təhlükə yaratmadığını təxmin edirik”, - general bildirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...